• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

Patriarx Kirill: "Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz"

08.09.17 20:47 823
Patriarx Kirill: "Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz"
Moskva və bütün Rusiyanın patriarxı Kirill görüş təklifini qəbul etdiyinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və bütün ermənilərin katolikosu II Qareginə təşəkkür edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, patriarx Moskvada keçirilən üçtərəfli görüşdə bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz.
"Ermənistan və Azərbaycan xalqlarının irəliləmək, sülhü möhkəmlətmək istəyi var. Mən bu üçtərəfli görüşü keçirmək imkanını yüksək qiymətləndirirəm. Çünki din adamları kimi, biz siyasətçilərdən fərqli dildə danışırıq. Bizə işlərimizə yardımçı olan daxili potensialımız var və o potensial fikir ayrılığını aradan qaldırmaqda bizə kömək edir.
Bizim tanrıya müraciət etmək bacarığımız sübhəsiz ki, mürəkkəb problemlərin həllində bizə yardımçı olur. Ümid edirəm ki, müqəddəs Danil monastırının divarları arasında biz ümumi razılığa gələ biləcək, problemin həlli yollarına ümumi münasibətimizi əks etdirən mətn işləyib hazırlaya biləcəyik", - deyə Kirill qeyd edib.
Öz növbəsində, II Qaregin Azərbaycan tərəfinin silahlanmaya üstünlük verməsindən narahatlıq ifadə edib.
O, Azərbaycan tərəfini sülh danışıqlarından yayınmaqda günahlandırıb. Din xadimi deyil, siyasətçi kimi danışan II Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da ittiham edib.
Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt geniş miqyaslı müharibə apardığını söyləyib, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.
II Qaregin snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər