• cümə, 26 Aprel, 07:39
  • Baku Bakı 12°C

Paşinyanın hökuməti təkbaşına qura bilməsi üçün 0.08% səsi çatmayıb

21.06.21 10:27 222
Paşinyanın hökuməti təkbaşına qura bilməsi üçün 0.08% səsi çatmayıb
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi” partiyası yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək.
APA-nın məlumatına görə, bunun üçün onun 0.08% seçici səsi çatmayıb.
"Vətəndaş müqaviləsi” partiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində seçicilərin 53,92% səsini qazanıb.
Hökuməti təkbaşına qura bilmək üçün isə 54% səs toplamaq tələb olunur.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, N. Paşinyanın əsas rəqibi olan eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” bloku isə 21.04% seçici səsi ala bilib.
"Vətəndaş müqaviləsi” partiyası və "Ermənistan” blokundan başqa eks-prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın "Mənim şərəfim var” bloku da parlemtenə keçib.
"Mənim şərəfim var” bloku 5,23% səs toplamasına və siyasi blokların parlamentə düşmək üçün 7%-lik həddi keçə bilməməsinə baxmayaraq, parlamentdə təmsil olunacaq. Belə ki, Konstitusiyaya görə, qanunverici orqanda ən az 3 siyasi qüvvə təmsil olunmalıdır.
Seçkiyə ümumilikdə 21 partiya, 4 blok qatılıb.
Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

MSK-nın məlumatına görə, seçici fəallığı 49,4% təşkil edib.
banner

Oxşar Xəbərlər