• cümə axşamı, 28 mart, 20:09
  • Baku Bakı 13°C

Paşinyana vurulan “tərəfdar badalağı"

19.03.19 19:56 516
Paşinyana vurulan “tərəfdar badalağı"
Nikol Paşinyan Ermənistan tarixində təkpartiyalı parlament yaratmaqla, ümid edirdi ki, uzun müddət ona qarşı çıxan olmayacaq, qərarları sözsüz yerinə yetiriləcək. Artıq baş nazir yanıldığını anlayıb. Vaxtilə onunla həmfikir olan, müttəfiq olanlar indi ona qarşı çıxırlar. Məsələn, "1in.am” saytı yazır ki, Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan çox maraqlı bir bəyanatla çıxış edib. "Parlament islahatların əsas hərəkətverici qüvvəsi, necə deyərlər, motoru olmalıdır. Bu, aksioma, siyasi həqiqətdir. Onun qənaətincə, bu hal Ermənistanda iyirmi ildən artıqdır ki, pozulub. Və geniş mənada bu gün də bu proses davam edir”, - deyə fraksiya rəhbəri bildirib. Onun qənaətincə, parlament siyasi fikrin generasiyasının mənbəyi, istənilən islahatların və debatların əsas platforması olmalıdır. "Ermənistanda bu prinsip pozulub, çünki, keçmiş deputatların əksəriyyəti hökumətin hazırladığı qanun layihələrinin mexaniki imza atanları olublar. Parlamentin siyasi fikri isə heç bir vaxt müzakirə mövzusu olmayıb. Parlamentlər siyasi cəhətdən sonsuz olublar”, - deyə o bildirib. "Bəs bu ənənə yeni parlamentdə pozulubmu, ən əsası, yeni parlament islahatların aparıcı qüvvəsi ola bilibmi” sualını, deputat, "təəssüf ki, bu suallara cavablar əvvəlki kimidir” cavablandırıb.
Daha sonra məqalə müəllif yazır ki, parlament çoxluğu, "Mənim addımım” fraksiyası bütövlükdə apolitik xadimlərdən ibarətdir: "Yeni parlamentdə onlar siyasətin deyil, müxtəlif faktorların, təsiri altındadırlar. Parlament cəmisi üç aydır ki, fəaliyyət göstərir, lakin bu qısa zaman kəsiyində göstərdi ki, müstəqil və vahid siyasi qurum kimi deyil, hökumətin qoşqusu rolunda çıxış edir. Başqa sözlə ifadə etsək, parlament çoxluğu şəraitində Edmon Manukyanın da ifadə etdiyi kimi, islahatların hərəkətverici qüvvəsi işləmir. Parlament islahatların hərəkətverici qüvvəsi kimi çıxış etməli olduğu halda, bu funksiyasını yerinə yetirə bilmir. Belə olan halda islahatların generatoru və müəllifi hökumət olur. İslahatların keyfiyyəti və məzmunu da bundan asılıdır. Belə olan halda da, biz problemli vəziyyətlə üzləşmişik. İndiyə qədər qəbul edilən yeganə sənəd hökumət proqramıdır. Yumşaq ifadə etsək, o, keyfiyyətli sənəd olmaqdan çox-çox uzaqdır. Hökumət proqramı strateji, konseptual əsasa malik deyil. Və mahiyyət etibarilə nə qısa müddətli, nə ortamüddətli, nədə ki, uzunmüddətli perspektivə söykənmir. Bundan əlavə, hökumət bir sıra addımları ilə göstərdi ki öz islahatlarını (mədəniyyət sahəsində mövcud olan müəssisələrin buraxılması, vergi məcəlləsi və s.) axıra qədər başa çatdırmağa belə, onda siyasi iradə yoxdur”. Əlavə edir ki, ümumiyyətlə, hər hansı bir strateji plana, konsepsiyaya malik olmayan hökumət daha çox operativ idarəetmə və gündəlik məsələlərin həlli ilə məşğul olur. Hökumət radikal, dərin islahatların aparılması üçün siqnallar göndərməyib. Kadrların keyfiyyəti və çatışmazlığı məsələsi də var. Beləliklə də, biz bunu əminliklə deyə bilərik ki, nə Ermənistan parlamenti, nə də hökuməti islahatların aparıcı qüvvəsinə çevrilə bilmədi. Hökumətin apardığı xırda islahatlar isə elə həmin hakim fraksiyanın üzvləri tərəfindən müqavimətlə qarşılaşır. Məsələn, ötən gün səhiyyə naziri Arsen Torosyan sosial şəbəkədə yazdığı statusunda "Mənim addımım” fraksiyasının deputatlarını başlatdıqları islahatlara qarşı çıxmaqda ittiham edib. Bu isə o anlama gəlir ki, hökumət və parlament qarşıdurması güclənməkdədir. Müəllif bu qənaətə gəlir ki, artıq on aydır, barəsində danışılan "məxməri inqliab”ın kapitallaşması yalnız radikal, real islahatlar nəticəsində mümkündür. Onun qənaətincə, hakimiyyət islahatları keçirmək üçün xoş məramlı ola bilər. Lakin bunun üçün onun həm qanunverici, həm də icraedici strukturlarda insani resursları, ideoloji bazası mövcud deyil. Və "Mənim addımım” fraksiyası özünün fərdi və kollektiv keyfiyyətləri ilə faktiki olaraq böyük sayda islahatların aparıcı qüvvəsi olmaq əvəzinə, onları tormozlamaqdadır. Başqa sözlə ifadə etsək, hakim fraksiya Paşinyana nəinki kömək edir, əksinə, onun elan etdiyi hədəfə çatmağa mane olur.
Yeri gəlmişkən, saytda dərc olunan başqa bir materialda Paşinyanın tez-tez işlətdiyi əksinqilab məsələsinə toxunulub. Müəllif yazır ki, əksinqilab hakimiyyət daxilində - hökumət və parlament dəhlizlərində formalaşıb. "Heç bir yerdə axtarmaq gərək deyil – bu, baş nazirin düz burnunun ucunda, qonşu kabinetdə, qəbulda, parlament mətbəxi və hər yerdədədir”, - deyə məqalədə bildirilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər