AZE | RUS | ENG |

Paşinyan üçün “qızmar payız” hazırlanır

Paşinyan üçün “qızmar payız” hazırlanır
“Daşnaksütyun” “Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının nümayəndələrinin “məxfi aşxam” görüşü keçiriblər

"Aprel inqilabından sonra hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın ilk bəyanatı belə oldu ki, artıq biz  yeni Ermənistanda yaşamağa başlayacağıq. Bu, sözsüz ki, onun ən böyük yalanlarından biri idi”. Bu fikirlər Ermənistanın "aysor.am” nəşrində dərc olunan məqalədə əks olunur. Müəllif yazır ki, "yeni Ermənistan yeni oyun qaydaları, yeni proqramlar, yeni düşüncə, yeni simaların olmasını müəyyən edir. Bütün bunların isə heç biri Ermənistanda praktiki olaraq yoxdur. Bunun əvəzində köhnə Ermənistanın deyil, "qədim” Ermənistanın reanimasiysının şahidi oluruq. Daha dəqiq ifadə etsək, Ermənistan Ümummilli Hərəkatının reinkarnasiyası və levon-nikol hakimiyyətinin formalaşmasının şahidinə çevrilirik”. Məqalədə qeyd edilir ki, bu gün  "yeni” Ermənistanın siması məşhur Qaqik Canqiryandır. "Bu şəxs erməni vergi ödəyicilərinin hesabına fəaliyyət göstərən İctimai Televiziyanın studiyasını tərk edə bilmir. Tərk edəndə də yalnız nikolyönümlü "1in.am” və "Azatutyun” radiosuna baş çəkmək üçün çıxır. Seçkilərin saxtalaşdırılması, 1995-ci il konstitusiyasını dəyişməyə böyük əmək sərf etmiş Canqiryan Paşinyan hakimiyyətinin bir növ efir simvoluna çevrilib. Konstitusiya Məhkəməsinin sədri Vaqe Qriqoryanın vəkili məhz Canqiryandır. Paşinyanın "ata evinə” dönməsi, eləcə də, Levon Ter-Petrosyanın yaxın ətrafına daxil olan şəxslərin hakimiyyətə gətirilməsi həyata keçirilir. Meydanda yalnız Petrosyan tərəfdarları qalıb. Onlar üçün isə Paşinyanın kreslosunun saxlanılması və məhkəmə sisteminin özəlləşdirilməsi digər məsələlərdən vacibdir. Çünki "xalq” baş nazirinin hakimiyyətdən uzaqlaşdırılması onların məsuliyyətdən qaça bilməyəcəyinə gətirib çıxara bilər. Necə ki, 1998-ci ildə buna nail olundu. Bu dəfə isə proseslərə həm siyasi, həm də hüquqi qiymət verilə bilər. Paşinyanın siyasi atası, o cümlədən qanunçuluğun müdafiəçisinə çevrilən Canqiryan 1995-ci il və 1996-cı il saxtakarlıqlarına görə cavab verməli olacaq. Ən əsası, 2008-ci il martın 1-də baş verən qanlı hadisələrə görə cavab verməlidir. Eləcə də, əsas suallardan da birinə - 1991-ci ildə ölkə müstəqillik qazandıqdan sonra miras qalan 30 mlrd. dollarlıq ümumdaxili məhsulun 1998-ci ildə 2 mlrd. dollar qalmasına görə cavab verməli olacaq. Yəni bu müddət ərzində iqtisadiyyatın həcmi 15 dfə azalıb. Və belə azalmada qarət və quldurluğun payı nə qədər olub?” Bir sözlə, real olaraq yeni Ermənistanda canqiryanlar efirləri ulduzu kimi deyil, tamamilə başqa bir qurumda ifadə verən şəxs kimi bəzəməlidirlər. Yəni, onlar  "qədim” Ermənistanda baş verən qanunsuzluqlarına görə cavab verməlidirlər. Yeri gəlmişkən, çox da uzaq olmayan keçmişdə Paşinyan və Canqiryan bir-birilərini savadsızlıqda və əvvəlki hakimiyyətin müştərisi olmaqda ittiham edirdilər. Paşinyan Canqiryanı incidir, sonuncu da, Erməni Ümumilli Hərəkatının fraksiya üzvü kimi N.Paşinyan çıxış edən kimi nümayişkaranə şəkildə parlament iclaslarını tərk edirdi. İndi isə bir qayıqda hərəkət edirlər.
Öz növbəsində "Demokratik vətən” partiyasının sədri Petros Makeyan "1in.am”a müsahibəsində bildirir ki, Ermənistanda əvvəlki hakimiyyət tərəfindən revanşın baş vermə təhlükəsi güclüdür. Və bir sıra sosioloji sorğular da hakimiyyətin reytinqində enmə hiss olunduğunu üzə çıxarır. Onun sözlərinə görə, vəziyyət o qədər də sadə deyil. Qüvvələr balansına nəzər saldıqda bir tərəfdə hakimiyyət və "beşinci kolon” var. Sonuncu Koçaryanın aktivliyi ilə fəaliyyətə başlayıb: "Digər siyasi qüvvələr isə əvvəldən olduğu kimi, yenidən özlərini nümayiş etdirə bilmirlər. Hakimiyyətin reytinqi müxtəlif obyektiv və subyektiv səbəblərdən aşağı düşür. Buna da "beşinci kolon” daha çox kömək edir. Artıq hakimiyyət Koçaryan və Mikael Minasyanın media monopoliyası qarşısında aciz qalır”. Partiya sədri bildirib ki, hakimiyyət əvvəlki rejim dövründə oğurlanan  vəsaitlərin büdcəyə qaytarılmasına nail olmalıdır: "Nə üçün Serj Sarkisyan, Aqvan Ovsepyan və Ayk Arutunyan azadlıqda qalmalıdırlar? Onlar günahsız insanlara saxta ittihamlar qurmaqla məşğul olublar. Nə üçün indiki hakimiyyətdə Unan Poqosyan və Valeri Osipyan vəzifə tutmalıdırlar? Biz "beşinci kolon” kimi aktiv deyilik. Narahatçılıqları səsləndiririk ki, Nikol Paşinyan müəyyən nəticələr çıxarsın.” O da qeyd edilir ki, baş nazir sadə vətəndaşların beynini iqtisadi inqilab, məhkəmə islahatları və həyata keçməsi mümkün olmayan islahatlarla doldurduğu vaxt ölkədə yeni müxalifət formalaşır. Bu qüvvə baş nazirlə ciddi mübarizə aparmağa iddialıdır. Belə ki, bu günlərdə "Daşnaksütyun” "Çiçəklənən Ermənistan” və "İrs” partiyalarının nümayəndələrinin "məxfi aşxam” görüşü baş tutub. Görüş daşnakların təşəbbüsü ilə reallaşıb. Erməni KİV yazır ki, məqsəd parlament və parlamentdənkənar qüvvələrlə ölkədəki siyasi vəziyyəti analiz etmək olub. Politoloq Qaqik Qambaryan istisna etmir ki, müxalif qüvvələr Paşinyana "qızmar payız”  hazırlayırlar. Onun sözlərinə görə, hazırda hakimiyyətin reytinqi 80-90 faizdən 50 faizə düşüb: "Boşalan yer isə boş qalmır. Bir vaxtlar hakimiyyətə simpatiyası olanlar mexaniki olaraq digər qüvvəyə dəstək verməyə başlayır”. Onun qənaətincə, hakimiyyət nə qədər çox səhv buraxırsa, cəmiyyətdən uzaqlaşırsa, verdiyi vədləri unudursa, bir o qədər də keçmişlərin nümayəndələri, o cümlədən daşnaklar irəli çıxırlar: "Hakimiyyəti tənqid edir və onun yalanlarını çatdırırlar. Bundan əlavə, tək daxili siyasətdə deyil, xarici siyasətdə də uğursuzluqlar hakimiyyəti çətin duruma salıb. Bu uğursuzluqlar da sözün əsl mənasında Paşinyan üçün "qızmar payız”ı qaçılmaz edir”.
 
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946