• cümə, 29 Mart, 02:54
  • Baku Bakı 7°C

Paşinyan növbəti dəfə gülüş obyektinə çevrildi

20.06.19 18:35 463
Paşinyan növbəti dəfə gülüş obyektinə çevrildi
Populist bəyanatları ilə erməni xalqının beynini dolduran Nikol Paşinyan yenə öz ampluasındadır. Bu dəfə də özünü sosial şəbəkələrdə və ekspert cəmiyyətində gülüş obyektinə çevirib. Belə ki, "inqilabçı” baş nazir ölkə büdcəsini dünya tarixində presendentsiz bir hal adlandırıb. Əlavə edib ki, inanmır ki, dünyanın hansısa bir ölkəsində erməni büdcəsinin oxşarı olsun. Parlamentdə büdcə müzakirələri ilə bağlı keçən müzakirələrdə bildirib ki, inqilabdan sonra makroiqtisadi planda iqtisadi yüksəliş qeydə alınıb. Baş nazirin sərsəmləmələri dərhal sosial şəbəkələrdə, erməni mediasında ekspertlər və siyasilər tərəfindən tənqidlərə, ələsalmalar tuş gəlib. Büdcə müzakirələri zamanı "İşıqlı Ermənistan” Partiyasının lideri Edmon Manukyan hökumətin əsas problemlərini sadalayıb. Onun fikrincə, hökumətin əsas problemi kadr siyasətidir. Fraksiya rəhbəri hökumət başçısının bir il bundan əvvəl verdiyi vədlərə toxunaraq, onların heç birin əməl edilmədiyini dilə gətirib. "Biz əsas üç problemi sadalamışdıq. Birinci problem kadr islahatı idi. Hər dəfə bunu tənqid etsək də, nəticə ortada yoxdur. Bu siyasətimizi də davam etdirəcəyik. Bu siyasətin bərbad gündə olduğunu israr edirik. İkinci problem verilən vədlərin pozulmasıdır. Onlar yerinə yetirilməlidir, biz bunu diqqətdə saxlayacağıq. Üçüncü problem odur ki, hər bir məsələyə inklüziv yanaşmalar olduğunu deyirik. İnsanların qara və ağlara bölünməsini kəskin tənqid edirdik”, - deyə fraksiya rəhbəri bildirib.
Başqa bir qurum rəhbəri, "Milli özünüdərk” birliyinin rəhbəri Paruyur Ayrikyan Ermənistanın yeni hakimiyyətini demokratiyaya hazır olmamaqda ittiham edib. Onun sözlərinə görə, demokratik ənənələrə bağlılığı bəyan etmək o demək deyil ki, sən bu dəyərlərin daşıyıcısan. "Ermənistanın ən başlıca problemi demokratiyanın olmamasıdır. İstənilən isterik hərəkət əks hərəkətlərə gətirib çıxarır. Məhkəmə binalarını bağlamaqdan əvvəl bilməlisən ki, məhkəmə hakimiyyət qanadlarından biridir. Hakimiyyət demokratiyadan çox danışır, lakin görünür, onlar demokratiyanın nə olduğunu anlamırlar”, - deyə hərəkat rəhbəri vurğulayıb. P.Ayrikyan əlavə edib ki, Ermənistan hakimiyyət orqanları anlamalıdırlar ki, Serj Sarkisyana qarşı narazılıq və etirazlar onunla bağlı idi ki, sonuncu demokratik prinsipləri pozub: "Paşinyan mənəvi atası Levon-Ter Petrosyan kimi başa düşmək istəmir ki, xalq öz taleyinin sahibidir”. P.Ayrikyan eyni zamanda hakimiyyət orqanlarını gurultulu məhkəmə prosesləri ilə bağlı prosesləri başlamağa çağırıb.
Maraqlıdır ki, baş nazir büdcənin tərifini göylərə qaldıranda Ermənistan parlamentinin binası qarşısında oturaq etiraz aksiyası keçirilib. Aksiyanın keçirilməsini təşkil edən təşəbbüs qrupunun "Facebook” səhifəsində bildirilib: "Ermənistan parlamentində "Vergi məcəlləsi”nə dəyişikliklər layihəsi müzakirə olunur. Biz bu məsələ ilə bağlı narahatlığı olan hər kəsi və təşkilat nümayəndələrini aksiyaya qoşulmağa çağırırıq”. Ermənistanda kiçik və orta biznesin nümayəndələri yeni qanun layihəsindən narazılıq edir, bu sənədin, işsizliyin sayının artmasına səbəb olacağını bildirirlər.
Ən dəhşətlisi odur ki, Ermənistandan maliyyə vəsaitlərinin axını yüksək olaraq qalmaqda davam edir. Bu məlumatı "Faktinfo” yayıb. Məlumata görə, hakimiyyət dəyişikliyindən sonra bu proses zəifləmək yerinə, daha da güclənib. Sayt son dörd ay ərzində ölkədən bank sistemi vasitəsilə fiziki şəxslərin 397 milyon dollar vəsaiti çıxardıqlarını yazıb: "Bu, hər ay üçün 100 milyon dollar təşkil edir. Bu, iqtisadiyyat və maliyyə sistemi üçün ciddi rəqəmdir. Ən aktiv pul köçürmələri apreldə qeydə alınıb. Bu ay ərzində bank sistemləri vasitəsilə 110 milyon dollar ölkədən çıxarılıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 17 milyon çoxdur”. Başqa bir maraqlı fakt - Ermənistan baş nazirinin keçmiş müaviniArmen Gevorkyana ölkəni tərk etməyə icazə verilməyib. Məlumatı "Jamanak” qəzeti yayıb. "Gevorkyan hava limanı əməkdaşlarına ölkəni tərk etmək hüququnun olmasına dair məhkəmə qərarını təqdim etsə də, ona təyyarəyə minməyə icazə verilməyib”,- deyə qəzet vurğulayıb. Qeyd edək ki, Armen Gevorkyan korrupsiya və konstitusiya quruluşunun devrilməsində ittiham olunur.
Rüşvətalma isə artıq baş nazirin bir vaxtlar redaktoru olduğu "Aykakan Jamanak” qəzetinə keçib. Bu qəzetin jurnalisti həbs edilib. Bu məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb. Onun fırıldaqçılıqda və rüşvət almaqda ittiham olunduğu vurğulanıb.
Jurnalistin yol polisi komandirinin müavinlərindən birindən 800 000 dram rüşvət tələb etdiyi bəlli olub. İstintaq Komitəsi jurnalistin 400 000 dram alarkən yaxalandığını bildirib. Qeyd edək ki, "Aykakan Jamanak” qəzeti Nikol Paşinyan tərəfindən yaradılıb. Paşinyandan sonra bu qəzetə onun həyat yoldaşı Anna Akopyan rəhbərlik edir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər