• çərşənbə axşamı, 19 mart, 06:15
  • Baku Bakı 8°C

"Paşinyan diplomatik müstəvidə nakaouta salındı"

17.02.20 15:15 1262
"Paşinyan diplomatik müstəvidə nakaouta salındı"
"Dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezdent İlham Əliyevin ən böyük xüsusiyyətidir. Münxendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nakaout edib”. BunuSİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə tarixi faktlarla və tarixin necə baş verdiyini açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması erməni baş nazirini çətin duruma salmışdı: "İrəvanın ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosunun Dağlıq Qarabağın Azəebaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini cənab İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta Stepankert adının yeni bir ad olduğunu və oranın əsil tarixi adı Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyi çalışması idi. Xocalı soyqırımı törədənlərin ad-ba-ad məlum olduğunu, ermənilərin yalanları ilə arqumenti faktı qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idi. Qısa olaraq qeyd etmək istəyirəm ki, Münxendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, ermənilərin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi və ölkənin gələcəyini sevən hər bir Azərbaycan vətəndaşında qürur hisləri yaşatdı”.
banner

Oxşar Xəbərlər