• çərşənbə axşamı, 19 mart, 15:17
  • Baku Bakı 8°C

Parlament seçkilərində beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

23.01.20 11:51 914
Parlament seçkilərində beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Hazırda olan məlumata görə, Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiya olunub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər: "Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərzizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akreditasiyası həmin günə qədər davam edəcək və bu günlədə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.

banner

Oxşar Xəbərlər