AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Parisdə polislə etirazçılar arasında toqquşmalar olub

Parisdə polislə etirazçılar arasında toqquşmalar olub

Təfsilat
09 Yanvar 2020, 22:06 386
Parisdə polislə pensiya islahatlarına qarşı çıxan etirazçılar arasında toqquşmalar olub.
Trend-in məlumatına görə, toqquşmalar Montolon meydanında qeydə alınıb.
Etirazçılar radikal aksiyaçıları geri çəkməyə çalışan polis işçilərinə daş və şüşə ilə hücum ediblər. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Etirazlarda asayişi təmin etmək üçün təxminən 5,5 min polis və jandarma iştirak edir. Polis prefekturasından verilən məlumata görə, bu saata qədər etiraz aksiyaları zamanı 9 nəfər saxlanılıb.

Fransada pensiya islahatlarına qarşı aksiyalar həmkarlar ittifaqlarının təşəbbüsü ilə dekabrın 5-dən bəri davam edir.