• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

Parisda polislər və etirazçılar arasında toqquşmalar olub

19.01.20 10:16 964
Parisda polislər və etirazçılar arasında toqquşmalar olub
Fransanın paytaxtı Parisdə polislər və etirazçılar arasında toqquşmalar olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Lion vağzalının meydanında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanları tərəfindən 37 nəfər saxlanılıb.
Bildirilir ki, etiraz aksiyası başa çatdıqdan sonra "sarı jiletlər"in və "qara blok"un radikal düşüncəli üzvləri meydanı tərk etməkdən imtina ediblər.
Məlumata əsasən, onlar polislərə daş və butulkalar atmağa başlayıblar, bir neçə motoroller yandırıblar. Daha sonra onlar vağzalın binasına daxil olmaq istyiblər. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məvburiyyətində qalıblar.
banner

Oxşar Xəbərlər