bazar ertəsi, 04 iyul, 09:18

Baku Bakı 23°C

Paris Olimpiadasında 600 minədək insan iştirak edə biləcək

icon 129 icon 21 may 2022 | 13:00 Paris Olimpiadasında 600 minədək insan iştirak edə biləcək

Parisdə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində 600 minədək insan iştirak edə biləcək.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı Paris Olimpiadasının təşkilat komitəsinin rəhbəri Toni Estanqe məlumat verib.

Sessiya zamanı stadionda deyil, Parisin mərkəzində keçirilməsi planlaşdırılan Oyunların açılış mərasiminin keçirilməsi konsepsiyası da təqdim olunub.

Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.