• şənbə, 20 Aprel, 12:47
  • Baku Bakı 23°C

Paraqvayda Ronaldinyonun həbsinə dair order verilib

07.03.20 09:51 1006
Paraqvayda Ronaldinyonun həbsinə dair order verilib
Paraqvayın Baş Prokurorluğu futbolçu Ronaldinyonun həbsi üçün order verib.
Trend-in məlumatına görə, ölkənin Baş Prokurorluğunun "Twitter" səhifəsində deyilir: "Ronaldinyo saxta şəxsiyyət vəsiqəsindən istifadə etməkdə ittiham olunur, Baş Prokurorluq onun həbsinə dair order verib və ilkin həbsini tələb edib".
Martın 4-də Paraqvayda Ronaldinyo və qardaşı Robertonun yerləşdikləri otel nömrəsində axatrış keçirilərkən futbolçunun və qardaşınn adına saxta pasportlar aşkar edilib. Martın 7-də Ronaldinyo prokurorluqda ifadə verib.
Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.
banner

Oxşar Xəbərlər