• cümə axşamı, 28 mart, 21:37
  • Baku Bakı 13°C

Papua-Yeni Qvineyanın Baş naziri istefa verib

26.05.19 18:59 381
Papua-Yeni Qvineyanın Baş naziri istefa verib
Papua-Yeni Qvineyanın yeddi ildən çoxdur ki, hakimiyyətdə olan Baş naziri Piter О'Nil istefa verib.
AZƏRTACxəbər verir ki, bu barədə ABC teleradio şirkəti məlumat yayıb. Bildirilir ki, o, öz qərarını Port Morsbidə keçirilən mətbuat konfransında açıqlayıb. P.О'Nil deyib ki, son zamanlar parlamentdə baş verənlər dəyişikliklərin zəruri olduğunu təsdiqləyir.
Bundan sonra Papua-Yeni Qvineyanın Baş naziri vəzifəsini Xalq Tərəqqi Partiyasının sədri, 1980-1982-ci və 1994-1997-ci illərdə Baş nazir olmuş Culius Çan icra edəcək. R.О'Nilin istefası general-qubernator Bob Dadaye tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.
R.О'Nil bir neçə nazir hökumətin tərkibindən çıxdıqdan və parlamentdəki müxalifətə qoşulduqdan sonra istefa vermək qərarına gəlib.

banner

Oxşar Xəbərlər