• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

Pandemiyanın inkişaf etdirdiyi sahə - Araşdırma

11.06.20 14:03 7164
Pandemiyanın inkişaf etdirdiyi sahə - Araşdırma
Mütəxəssislər düşünür ki, onlayn ticarət sahəsindəki inkişaf postpandemiya dövründə də davam edəcək
"Elektron ticarətlə məşğul olan şirkətlər pandemiyadan sonra insan əməyinin minimuma endirilməsi üçün yeni addımlar atacaqlar. Dronlarla çatdırılmadan, robotlaşdırılmış anbarlardan istifadə olunacaq. Həmçinin şirkətlər növbəti mərhələ üçün xidmətlərində yeniliklər edəcəklər”.
Bu sözləri pandemiyanın elektron ticarətə təsiri mövzusunda bizimlə həmsöhbət olan"Amazon” şirkətinin Avropa Birliyi üzrə biznes analitiki Yaşar Əhmədov dedi. O qeyd edir ki, mövcud vəziyyət insanları elektron ticarət xidmətlərindən istifadəyə məcbur etdi: "Pandemiyadan öncə də insanlar elektron ticarətin xidmətlərindən istifadə edirdilər. Yəni alış-verişlərini daim onlayn edən müəyyən müştəri bazası var idi. "Amazon” son dönəmlər təkcə avadanlıqların, oyuncaqların, aksesuarların yox, artıq gündəlik tələbat mallarının çatdırılması üçün də xidmət göstərirdi. İnsanlar çox zaman toxunmadıqları, real olaraq görmədikləri əşyanı almağa meyilli olmurlar. Amma bu dövr istehlakçıların davranışında müəyyən dəyişikliyə səbəb oldu. Pandemiya dönəmində insanlar evdə qalmalı olduqları üçün onlayn alış-veriş sahəsində daha böyük müştəri bazası formalaşmağa başladı. Ömründə bir dəfə belə olsun onlayn xidmətdən istifadə etməmiş insanlar da məcbur qalıb xidməti yoxladılar və xoşlarına gəldi”.


F.Hacıyevdeyir ki, kitabdan elektronikaya, kosmetikadan dəftərxana mallarına qədər bir çox qeyri-qida məhsulunu internet vasitəsi ilə sifariş verənlərin sayı çoxaldı: "Qlobal bazarda aprel ayının ilk iki həftəsinin statistikasında 2020-in ilk 6 həftəsinə olan statistikası ilə müqayisədə onlayn supermarketlərin sifarişlərində 251% artım müşahidə olunub. Karantin başlayandan Azərbaycanda da qida məhsullarının sifarişini və çatdırılmasını həyata keçirən bir çox yeni xidmət və şirkətlər yarandı. Əvvəllər onlayn ticarətə çox da isti baxmayan şəxslər, indi məcburiyyət səbəbindən bu xidmətdən istifadə etməyə başladılar. Təbii ki, bu da onların mövcud fobiyalarının qırılmasına və yeni vərdişlərinin yaranmasına səbəb oldu”.
Postpandemiya dönəmi üçün proqnozlar
"Pandemiya dövrü rəqəmsallaşma prosesinə başlamamış şirkətlər üçün buna başlamağa, başlamış olanlar üçün isə prosesi sürətləndirməyə fürsət yaratmış oldu” deyənmarketinq mütəxəssisi bildirdi ki, bu fürsəti dəyərləndirən şirkətlər postpandemiya dövründə ciddi üstünlük əldə etmiş olacaqlar: "Həmçinin ehtimal edirəm ki, dəyişilmiş istehlakçı davranışları sonrakı dövrdə da izlər qoysun və müəyyən mənada dəyişikliklər daimi hal alsın. Təbii ki, postpandemiya dövründə sosial mediadan, onlayn ticarətdən istifadə, indiki dövrlə müqayisədə azalmış olacaq, lakin müqayisəni epidemiyadan əvvəlki dövrlə müqayisə edəcək olsaq, ortada artımın olduğunu görəcəyik”.

E-ticarət icmasının təsisçisi Rəşad Mehdiyev isə postpandemiya dövrü üçün dəqiq rəqəmlərlə proqnoz verməyin mümkün olmadığını qeyd etdi: "Artımın davam edəcəyi gözləniləndir, amma bunun neçə faiz üzərindən olacağını indidən deyə bilmərik. Yəni indiki halda 80 faizlik artım varsa, karantin bitdikdən, mağazalar açıldıqdan sonra, məncə, bu faiz dərəcəsi 20-30% aralığına düşəcək. Konkret rəqəmləri isə yalnız o dövrkü araşdırmaya əsasən demək olar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər