• şənbə, 20 Aprel, 04:49
  • Baku Bakı 15°C

Pandemiyadan zərərçəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib

26.01.21 20:30 476
Pandemiyadan zərərçəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Nazirlər Kabinetinın 2020-ci il 23 dekabr tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənKaspi.az-a bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb. Pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174 min 316 muzdlu işçini əhatə edən 18 min 845 vergiödəyicisinə 39,6 milyon manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergiödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıb.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83 min 162 fərdi (mikro) sahibkara 29,5 milyon manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergiödəyicilərinin bank hesablarına köçürülüb.
Qeyd edək ki, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergiödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 milyon manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 milyon manatdan çox olmaqla, ümumilikdə 358,2 milyon manata yaxın maliyyə vəsaiti ödənilib. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.
Ətraflı:
İqtisadiyyat Nazirliyi:https://bit.ly/3ecjpJq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:https://bit.ly/34CBkEw
banner

Oxşar Xəbərlər