• cümə, 29 Mart, 02:42
  • Baku Bakı 7°C

Pakistan daim Azərbaycanın yanındadır - Səfir

31.07.21 17:30 300
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.
Trend-in məlumatına görə, açılış mərasimində Pakistan Parlamentinin sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee iştirak ediblər.
Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, bu mərkəzin açılması çox sevindirici hadisədir. Biz istərdik ki, bu mərkəz vasitəsilə Azərbaycan xalqını Pakistan mədəniyyəti ilə yaxından tanış olsun: "Bunun üçün biz də lazımi dəstək göstərəcəyik. Pakistan daim Azərbaycanın yanındadır. Müharibə dövründə, müharibədən sonra da Pakistan xalqının ürəyi Azərbaycan xalqı ilə birgədir”.
banner

Oxşar Xəbərlər