• cümə, 29 Mart, 02:44
  • Baku Bakı 7°C

Pakistan Azərbaycan ilə ticarət razılaşması ilə bağlı danışıqları davam etdirir

10.01.22 13:35 277
Pakistan Azərbaycan ilə ticarət razılaşması ilə bağlı danışıqları davam etdirir

"Pakistan Azərbaycan ilə preferensial ticarət razılaşması (PTAS) ilə bağlı danışıqları davam etdirir".
"Report” "Pakistan Today”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin ticarət və investisiyalar üzrə müşaviriƏbdül Razak Davud bildirib.
Onun sözlərinə görə, Azərbaycandan başqa,Özbəkistan və Əfqanıstan ilə də analoji razılaşmaya dair danışıqlar aparılır.
Əbdül Razak Davud deyib ki, "İpək yolu”nun bərpası ilə bağlı təşəbbüs sayəsində Pakistanın 2020-2021-ci illərdə Mərkəzi Asiya ölkələrinə ixracı 2019-2020-ci illərdə qeydə alınmış104 milyonABŞ dolları ilə müqayisədə39,42% artaraq,145milyonABŞ dolları səviyyəsinə çatıb.
banner

Oxşar Xəbərlər