“Çoxdan Messi və Ronaldo ilə eyni masadayam”
"Çelsi”nin
futbolçusu Eden Hazar özünü Messi və Ronaldo ilə müqayisə edib.
Kaspi.az xəbər
verir ki, Hazar dünya səviyyəli futbolçu olduğunu bildirib. Ancaq bununla
yanaşı, qeyd edib ki, son 10 ildə Messi ilə Ronaldonun etdiklərini təkrarlamaq
da mümkünsüzdür:
"Mesi və Ronaldo
ilə müqayisədə ha tərəfdə durmuşam? Mən artıq çoxdan onlarla eyni masadayam. Hətta
DÇ-dən 6 ay keçməsinə baxmayaraq da. Bu müddət ərzində də yaxşı oynamışam.
Mən bunu
insanların gözləri ilə görürəm. Əvvəllər insanlar belə deyirdilər: "Bəli, o,
yaxşı futbolçudur. Görəsən, ən yaxşılardan biri ola biləcək?”
Ancaq elə məqamlar
olur ki, sən göydə olmamalı, mütləq yerdə qalmalısan. Etiraf edim ki, son 10 ildə Messi ilə
Ronaldonun etdiklərini təkrarlamaq mümkünsüzdür”.
Eden cari
mövsümdə Premyer Liqada 22 oyun keçirib, 10 qol vurub, 10 qol ötürməsi edib.