AZE | RUS | ENG |

“Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib

“Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Aprel döyüşlərindən bəhs edən "Ovçu" romanı Daşkənddə özbək dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə dərc edilib.
"Ovçu" romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib, məsul redaktoru Burabiyya Rəcəbovadır.
Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olan bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur. "Ovçu” romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.
Xatırladırıq ki, son bir neçə ildə Daşkənddə müəllifin "Əmir Teymur”, "Şah arvadı və cadugər”, "Sultan Alp Arslan”, "Atabəy Eldəniz” romanları çap olunub və populyarlıq qazanıb.
Yaxın günlərdə romanın Daşkənddə təqdimatının keçirilməsi də nəzərdə tutulur.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892