• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

Oturaq həyat tərzi keçirənlər süd məhsullarına daha çox üstünlük verməlidirlər

29.06.22 18:30 357
Oturaq həyat tərzi keçirənlər süd məhsullarına daha çox üstünlük verməlidirlər

Hərəkətsiz həyat tərzi, fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir sıra xəstəliklərin yaranması üçün risk faktorudur. Ona görə də fəal həyat tərzi sürməyənlər qida rasionuna xüsusi diqqət yetirməlidirlər.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Səhər və günorta saatları arasında fast-fudlar, şirniyyat məhsulları və qazlı-şirəli içkilər qəbul etməkdənsə meyvə qurusu və çərəzlər, bitki çaylarının istehlakı daha faydalı və məsləhətlidir. Qidalanmanı balanslı təşkil etmək çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıl məhsulları ilə zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir. Oturaq həyat tərzi keçirənlərin qəbul etdikləri qidalarla orqanizmdən xaric olunan qidanın balansı tamamilə fərqlidir, yəni daxil etdikləri daha çox, sərf etdikləri enerji daha az olur. Ona görə də artıq çəki, piylənmə və digər problemlərə aparıb çıxara bilər”.

Mütəxəssislər qidalanmada karbohidrat və şəkər qəbulunu azaltmağı məsləhət görürlər. Xüsusilə də ağ undan hazırlanan çörək, tort, həmçinin makaron, düyü, və s. kimi məhsulların istehlakından çəkinmək tövsiyə olunur. Onun dediyinə görə, oturaq həyat tərzi keçirənlər xüsusilə süd məhsullarına üstünlük verməlidirlər, çünki həmin məhsulların tərkibində kifayət qədər mədə-bağırsağın həzm sistemini yaxşılaşdırmaq üçün faydalı bakteriyalar və probiotiklər var. Həzmin yaxşılaşması üçün xüsusilə az duzlu, az yağlı pendirdən istifadə etmək lazımdır. Hətta ev şəraitində qatıqdan hazırlanmış yoqurt da qəbul etmək olar”.

Su orqanizmdə əhəmiyyətli rol oynayır, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, balansın qorunmasında iştirak edir. Eləcə də su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamaqda yardımçı olur: “Adi vaxtda gün ərzinsə 2 litr su qəbul edirsə, yay aylarında 2,5-3 litrə qədər artırmaq olar. Qeyd etmək lazımdır ki, qadınlar və kişilərin su tələbatı fərqlidir. Ona görə də kişilərdə bədəndə daha çox tərləmə olduğu və çox maye atıldığı üçün onlar daha çox su qəbul edə bilərlər”, - deyə həkim-diyetoloq bildirib.

banner

Oxşar Xəbərlər