• şənbə, 27 Aprel, 04:44
  • Baku Bakı 14°C

Orta məktəb şagirdləri praktiki məşğələdə iştirak ediblər - VİDEO

12.06.21 18:15 241
Orta məktəb şagirdləri praktiki məşğələdə iştirak ediblər - VİDEO
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.
Müdafiə NazirliyindənKaspi.az-a verilən məlumata görə, məşğələdə məktəblilərin ilkin hərbi biliklərə yiyələnməsinin əhəmiyyətindən danışılıb.
Təhlükəsizlik qaydaları ilə tanış olan məktəblilərə müxtəlif atıcı silahların hissə və mexanizmləri haqqında, eləcə də tibbi hazırlıqdan geniş məlumat verilib.
Sonda şagirdlər avtomatdan praktiki atışlar yerinə yetiriblər.

banner

Oxşar Xəbərlər