AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir

Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir

Təfsilat
11 İyun 2021, 19:15 108
Mütəxəssislər deyirlər ki, suyun insan orqanizminə 50-dən çox faydası var. Gün ərzində 2 litr maye qəbul edilməsi isə vacib məsələlərdən biridir.
Su qanda, sümükdə və beyində optimal nəm səviyyəni saxlamağa kömək edir, onurğa və beynin fəaliyyəti üçün vacibdir. Çox su içmək oynaq ağrılarının qarşısını alır, həzm prosesini sürətləndirir, həm də qidanın qəbulunu, toksinlərin və şlakların orqanizmdən xaric olmasını təmin edir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Hər səhər yuxudan oyanan kimi 1 və ya 2 stəkan, hər dəfə yeməkdən əvvəl yarım stəkan su qəbul edilməsi çox faydalıdır. Suyun qidalanmadan yarım saat əvvəl və qidalanmadan 1 saat sonra qəbul edilməsi məsləhətdir. Təəssüf ki, əksər hallarda qidadan əvvəl su qəbul edilmədiyinə görə, qidadan sonra tez susuzlaşma baş verir”.
Acanda çox yeməmək olar. Amma susayanda mütləq su içmək lazımdır. Əks halda bədənin həddindən artıq su itirməsi halında toxuma boşluqları, oynaqlar, böyrəklər və qaraciyərdə problemlər yarana bilər.
"Su qəbizlikdən əziyyət çəkənlər və həzm problemi olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir, çünki orqanizmdə gedən bütün proseslərdə su böyük rol oynayır”,- deyə həkim-terapevt əlavə edib.
Su bütün qida, vitamin və mineralların təməlidir. Soyuq aylarda olmasa da, havanın isti keçdiyi günlərdə çoxlu su qəbul etmək lazımdır.