• cümə, 19 Aprel, 10:40
  • Baku Bakı 13°C

Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov

26.10.20 20:01 494
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov

Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır.
Trend xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil: "Nizami ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.
banner

Oxşar Xəbərlər