AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır

Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır

Təfsilat
01 Dekabr 2021, 20:30 121
Atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır.
Trend xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev "Facebook" səhifəsində qeyd edib.
"Diqqət dostlar, atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yanlış məlumat yayması aydın deyil.
Dostlar, xahiş olunur dəqiqləşdirilmədiyi halda yanlış məlumat yaymayasınız", - deyə o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra saytlarda Oqtay Gülalıyevin vəfat eməsi ilə bağlı xəbər yayılmışdı.