• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Optimistdir, komandasına inanır

15.02.19 13:15 675
Optimistdir, komandasına inanır
"Arsenal” Avropa Liqasının 1/16 finalının ilk qarşılaşmasında BATE-yə 0:1 hesabı ilə məğlub olub.
Kaspi.az xəbər verir ki, oyundan sonra "Arsenal”ın baş məşqçisi Unai Emeri fikirlərini bildirib. O, komandasına inandığını və mərhələ adlayacaqlarını vurğulayıb:
"Məğlub olmuşuq, sevinmək üçün heç bir əsasımız yoxdur. İlk hissədə bir neçə imkanımız oldu. Ancaq BATE müdafiədə əla oynadı.
Fasilədən sonra da qol imkanları yaratdıq. Ancaq BATE yenə də müdafiədə keçilməz idi. Üstəlik, qol da vurmağı bacardılar.
Ümid edirəm ki, bir həftədən sonra fərqli oyun olacaq. Mən optimistəm, komandama inanıram. Əminəm ki, öz meydanımızda lazım olan nəticəni əldə edib, növbəti mərhələyə adlayacağıq”.
banner

Oxşar Xəbərlər