• cümə, 19 Aprel, 01:59
  • Baku Bakı 18°C

“Open Science : Azərbaycan” adlı konfrans keçirilib

23.02.19 20:47 630
“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə "Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində "Open Science: Azərbaycan” adlı konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, konfransda "Open Science”, "Open Access”, "Open Research date, "Open innovation”, "Open research computation”, "Citizen science”, "Scientific social network”, "Open Access” jurnallarına çıxış imkanları məsələlərinə həsr olunmuş təqdimatlar və məruzələr dinlənilib, "Open Science”in gənc alimlər arasında geniş yayılmasının perspektivləri müzakirə edilib.
Konfransı açan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, cəmiyyətin fəaliyyətinin böyük hissəsi beynəlxalq istiqamətdə olub: "Bizim üçün gənc alimlərimizin beynəlxalq elm məkanına çıxış əldə etməsi həmişə prioritet vəzifələrdən biridir. Bizim təqdimatımızla Gənclər və İdman Nazirliyi hər il onlarla gənc alimin beynəlxalq tədbirlərdə iştirakına dəstək verib. Gənc alimlər, doktorantlar, magistrlər arasında müasir dünyanın tətbiq etdiyi yeni innovativ ideyaların təbliği mühüm məsələlərdəndir və böyük aktuallıq kəsb edir. "Open Science” ümumi bir termin olaraq, Avropa miqyasına yeni daxil olub və özündə bir çox istiqamətləri, sahələri əks etdirir. Avropa İttifaqının tədqiqat və innovasiya siyasətində "Open Science” əsas yer tutur və bunun həyata keçirilməsi üçün bir sıra layihələr reallaşdırılır. "Open Science”in üstünlüyü elmi tədqiqatların birgə aparılmasında, maraqlı tərəflər üçün əlçatan olmasında, eyni zamanda, ictimaiyyət üçün açıq olmasındadır”.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ötən illər ərzində böyük bir yol keçən Fond gənclərin, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini reallaşdırıb, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsini dəstəkləyib, gənclərin xaricdə tədbirlərdə iştirakını maliyyələşdirib.
Fərid Cəfərov Gənclər Fondunun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Fond gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqətlə yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.
İrfan Davudov tədbirin əhəmiyyətinə toxunaraq, konfransın gənc tədqiqatçılar arasında qarşılıqlı fikir və təcrübə mübadiləsində önəmli rol oynayacağına əminliyini ifadə edib.
Sonra Avropa Gənc Alimlər Şurasının (EURODOC) prezidenti Gareth O'Neillin azərbaycanlı gənc alimlərə onlayn videomüraciəti göstərilib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamaov, Azərbacan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə, Avropa Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü, Macarıstan Gənc Alimlər Assosiasiyasının prezidenti Peter Szabo, Təhsil Nazirliyinin "Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov, "Clarivate Analytics” agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin nümayəndəsi Ruslan Rəhimli və Sevinc Ədilovanın çıxışları dinlənilib, müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər