• çərşənbə, 24 Aprel, 15:00
  • Baku Bakı 27°C

OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək

18.03.19 10:15 364
OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək
OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Əl Falih deyib.
Nazir bildirib: "Bizim əməkdaşlıq könüllü xarakter daşıyır. Hər bir iştirakçı milli maraqlarını nəzərə alaraq neft hasilatı barədə qərar qəbul edir. Biz bir-birimizin hasilatının ölçmürük".
Nazir qeyd edib ki, bu razılaşmada əsas prinsip etibardır. Əl Falih gözləyir ki, martda OPEK+ razılaşmasının icrası 100 faizi keçəcək: "Altı ayın yekunlarına dair sazişin yerinə yetirilməsi 100 faizdən çox olmalıdır".
banner

Oxşar Xəbərlər