OPEC-in baş katibi vəfat edib
OPEC-in baş katibi Məhəmməd Barkindo vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Nigeriya Milli Neft Şirkətinin direktoru bildirib.
Qeyd olunur ki, M.Barkindo 63 yaşında Nigeriyada dünyasını dəyişib.
Məhəmməd Barkindo 2016-cı ildə OPEC-in baş katibi seçilmişdi.