• bazar ertəsi, 23 dekabr, 18:28
  • Baku Bakı 8°C

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

13.09.21 18:24 240
OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci il üçün gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu20 minbarel artıraraq750 minbarel səviyyəsinə çatdırıb.
"Report”un məlumatına görə, bu barədə qurumun sentyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, 2022-ci ildə isə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı70 minbarel artaraq820 minbarel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bildirilir ki, iyul ayında Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik40 minbarel artaraq orta hesabla gündəlik730 minbarelə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə20 minbarel azdır.
Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı608 minbarel səviyyəsində olub ki, bu da illik müqayisədə 50 min barel azdır.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında təbii qaz və kondensatın gündəlik orta hasilatı dəyişməyərək122 minbarel səviyyəsində saxlanılıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı711,6 minbarel olub. Bunun596,1 minbarrelini xam neft,115,5 minbarelini isə kondensat təşkil edib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha7 minbarrel artırılaraq640 minbarrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə780 minbarrel həcmində olmasını nəzərdə tutur.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda400 minbarel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.
banner

Oxşar Xəbərlər