• cümə axşamı, 25 aprel, 06:12
  • Baku Bakı 14°C

Onun beyninin nə vaxt mutasiya olunduğunu bilmir

19.06.20 13:23 893
Onun beyninin nə vaxt mutasiya olunduğunu bilmir
İspaniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisares "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın siyasi baxışı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qvardiola Kataloniyanın müstəqilliyinin tərəfdarıdır və qatı separatçı sayılır. Kanisares Qvardiola ilə əlaqə saxlamadığını da bildirib:
"O, yığma komandanın çat qrupunda yoxdur. Bilmirəm hara yoxa çıxıb, onunla əlaqəni itirmişəm.
Olimpiadada iştirak edən hər kəs "çat”da var, yalnız Qvardioladan başqa. Ola bilsin ki, o, indi hamıdan məşhur olduğu üçün qrupda yoxdur.
Amma qrupda olmadığı üçün onu qınamıram. Başa düşürəm ki, Qvardiola indi daha çox stress altındadır. Luis Enrike, Ebelardo burdadır, o isə yox.
Amma o, İspaniya haqqında mənfi fikir söyləyəndə pis oluram. Onun beyninin nə vaxt mutasiya olunduğunu bilmirəm”.
banner

Oxşar Xəbərlər