Onun arvadı ilə bir daha görüşmək istəmir
"Napoli”nin prezidenti Aurelio De Laurentis "İnter”in futbolçusu
Mauro İkardinin komandasına transfer ediləcəyi ilə bağlı xəbərə münasibət
bildirib.
Kaspi.az xəbər verir ki, Laurentis bu xəbəri cəfəngiyat adlandırıb.
O, İkardinin həyat yoldaşı və agenti olan Vando Naro ilə görüşmək istəmədiyini
bildirib:
"Bu, böyük cəfəngiyatdır. Mən Vando ilə 3 il əvvəl tanış olmuşam.
Onunla bir daha görüşmək istəmirəm.
Bir görüş bəs edib. İndi "Napoli”yə İkardi lazım deyil”.
"İnter” rəhbərliyi bir müddət əvvəl məlumat yayıb ki, İkardi
transferə çıxarılıb.