Onu satmaq yayın ən yaxşı biznes qərarıdır
Böyük ehtimalla,
"Real” yayda Luka Modriçi satacaq.
Kaspi.az xəbər
verir ki, "Real”ın yay transfer dönəmində biznes planı məhz Modriçin
satılmasıdır. "Kral klubu” onun satışından əldə olunacaq vəsaitlə heyəti gücləndirməyi
planlaşdırır.
Məlumata görə,
Modriç Milan "İnter”inə satılacaq. "Real”ın prezidenti Florentino Peres bununla
bir güllə ilə iki dovşan vurmaq istəyir.
O, uzun müddətdir
ki, "İnter”in futbolçusu Mauro İkardiyə göz dikib. Peres Modriçi satmaqla həm də
İkardini əldə etməyi planlaşdırır. Tərflər Modriçin satış qiyməti ilə bağlı
razılıq əldə edə bilsələr, İkardinin keçidi o qədər də çətin görünmür.