• cümə axşamı, 18 aprel, 16:52
  • Baku Bakı 22°C

Onların ilk görüşü Nyu-Yorka təsadüf etdi

26.09.13 10:55 1157
Onların ilk görüşü Nyu-Yorka təsadüf etdi
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Həsən Ruhani həmkarı Abdullah Güllə sentyabrın 25-də BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gəlib.
Görüşdə ikitərəfli əlaqələr, Suriya böhranı və digər regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. H.Ruhani İran və Türkiyə arasındakı əlaqələrin səviyyəsinin yaxşı olduğunu bildirib: “Türkiyə İran üçün bir dost, qardaş və qonşu ölkədir. İki ölkə çox qədim və tarixi bir keçmişə sahib olmaqla xeyli ortaq çıxarlara malikdir. Bu keçmiş əlaqələrə söykənərək iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi lazımdır”.
Onun sözlərinə görə, İran və Türkiyə arasında iqtisadi və ticarət sahəsində geniş əməkdaşlıq var. İki ölkə arasında 2015-ci ilədək ortaq ticarət və iqtisadi əməkdaşlıq haqqında bir rəqəm müəyyənləşdirilib. Bu rəqəmin gerçəkləşməsi üçün hər iki tərəfin də səy göstərməsi lazımdır”. H.Ruhani deyib ki, bölgə problemlərinin həll edilməsi üçün region ölkələri, xüsusilə də Türkiyə və İranın ortaq səylərini davam etdirməsi çox vacibdir: “Bununla bağlı iki ölkə tərəfindən atılması lazım olan ilk ortaq addım Suriya böhranının daha da kəskinləşməsinə maneə törətmək və bu ölkədəki problemin ən qısa zamanda həllini təmin etməkdir”. İran prezidenti terrorizmin bütün bölgə üçün təhlükəli olduğunu xatırladaraq, bütün tərəflərin terrorçu dəstələrin Suriyadan çıxarılması və bu terror təşkilatları arasında birliyin təmin edilməsinə mane olmasının zəruriliyini vurğulayıb. H.Ruhani bildirib ki, bölgə ölkələri arasında əməkdaşlığın təmin edilməsi bütün xalqların faydasına olacaq: “Suriyada heç bir ölkənin mənafeyi ona qonşu ölkələrinki qədər ola bilməz. Ona görə də Suriya böhranının həlli məsələsində ortaq bir yol tapmağımız lazımdır”.
A.Gül də öz növbəsində H.Ruhanini İran prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib: “İrandakı prezident seçkilərinin nəticələri yalnız bu ölkə üçün deyil, bütün bölgə ölkələri üçün böyük əhəmiyyətə malik idi. H. Ruhaninin seçilməsi ilə İranda yeni bir dövr başladı. Müsbət mesajlar beynəlxalq sahədə konstruktiv yanaşmanın ortaya çıxması üçün də əhəmiyyətlidir. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr daha da inkişaf etdirilməlidir: “Bölgənin iki vacib aktyoru olaraq Türkiyə və İran arasında yaxın və konstruktiv əməkdaşlıq şərtdir”. A.Gül İranın bölgə problemlərinin həll edilməsi istiqamətindəki səylərinin əhəmiyyətli olduğunu deyərək, Suriya böhranının nizamlanması üçün iki ölkə arasındakı əməkdaşlığın zəruri olduğunu bildirib.
Qeyd edək ki, görüşdə iki ölkənin xarici işlər nazirlərinin bir araya gəlməsi barədə qərar qəbul olunub.
Bundan başqa, H.Ruhani Livan prezidenti Mişel Süleyman, Tunis prezidenti Münsif Mərzuki, Almaniyanın xarici işlər naziri Gido Vestervelle və Beynəlxalq Valyuta Fondunun prezidenti xanım Kristin Laqardla da görüşüb.
banner

Oxşar Xəbərlər