• cümə, 19 Aprel, 07:59
  • Baku Bakı 13°C

Onlara qarşı 400 illik rəftardan utanır

18.06.20 13:30 851
Onlara qarşı 400 illik rəftardan utanır
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola irqçiliklə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Qvardiola qaradərili insanlara qarşı münasibətdən utandığını qeyd edib. O, jurnalistlərə açıqlamasında belə deyib:
"Biz onlara qarşı 400 il ərzində çox pis davranmışıq. Buna görə qaradərili insanlardan üzr istəməliyik. Onlara qarşı göstərdiyimiz rəftardan utanıram”.
"Mançester Siti” Premyer Liqanın 28-ci tutunda "Arsenal”a qalib gəlib – 3:0. Oyundan əvvəl hər iki komandanın futbolçuları "Qaradərililərin həyatı vacibdir” aksiyasına qoşulublar.
banner

Oxşar Xəbərlər