• çərşənbə, 24 Aprel, 00:08
  • Baku Bakı 14°C

“Onlar hörmətə layiq deyillər”

11.12.18 12:15 729
“Onlar hörmətə layiq deyillər”
"Çelsi” - "Mançester Siti” qarşılaşmasında (2:0) insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Çelsi”nin azarkeşləri "Siti”nin futbolçusu Rahim Sterlinqə qarşı irqçi hərəkətlər ediblər. "Liverpul”un baş məşqçisi Yurgen Klopp da bu biabırçı hərəkətə biganə qalmayıb. O, London klubunun fanatlarını qınayıb:
"Mən oyuna baxırdım. Bəli, bir neçə nəfərin irqçi fikirlər səsləndirdiklərini eşitdim. Hesab edirəm ki, Rahimin onlara cavabı ideal oldu.
Belə hərəkətə yol verənlər heç bir reaksiyaya, hörmətə layiq deyillər”.
Sterlinq noyabr ayında "Siti” ilə müqaviləni yeniləyib və komandanın ən ödənişli futbolçusu olub.
banner

Oxşar Xəbərlər