• cümə, 29 Mart, 11:13
  • Baku Bakı 5°C

Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisəsində olublar

09.09.17 14:00 756
Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisəsində olublar
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləriƏdliyyə NazirliyiPenitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. QurumdanAPA-ya verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin, xidmət əməkdaşlarının məhkumlarla rəftarı məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxana, mətbəx və digər obyektlərinə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilib.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müvafiq sənədləşmə yerində araşdırılmış, habelə bir sıra müraciətlər yerində təmin edilib.

Qəbul edilmiş şəxslərin hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
banner

Oxşar Xəbərlər