• cümə, 19 Aprel, 21:22
  • Baku Bakı 24°C

Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq

14.12.18 14:30 520
Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq
Oman gələn ilin ilk 6 ayı ərzində neft hasilatını yanvar ayına nisbətən2%azaldacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Oman Neft və Qaz Nazirliyinin neft alıcılarına göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir ki, hasilatın azaldılması OPEC və qeyri-OPEC sazişləri əsasında dünyada neft tədarükünü azaltmaqla əlaqədar razılaşma ilə bağlıdır.
Qeyd edək ki, Oman OPEC üzvü deyil.OPEC+ sazişi iştirakçılarının nazirlərinin görüşünün yekununda neft hasilatının 2019-cu ilin yanvar ayından etibarən yarım il ərzində toplam olaraqgündə 1,2 milyon barel azaltmaqla bağlı qərarqəbul edilib.
banner

Oxşar Xəbərlər