Olimpiya çempionu faciəli şəkildə öldü
1984-cü ildə Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarının qalibi
Pernell Uitaker ölüb.
Kaspi.az xəbər verir ki, Uitaker yolu keçərkən avtomobil tərəfindən
vurulub. 55 yaşlı çempion hadisə yerində dünyasını dəyişib.
Pernell peşəkar boksda da uğur qazanmışdı. O, WBC, WBA və IBF
versiyalarında yüngül çəkidə mütləq dünya çempionu olmağı bacarmışdı.
Sonradan o, yarımağır çəkidə də WBC və IBF çempionluğunu qazanmışdı.
Pernell peşəkar rinqdə 46 döyüş keçirmiş, onlardan 40-da (17-si nokautla) qalib
gəlmişdi.