• cümə axşamı, 28 mart, 17:09
  • Baku Bakı 16°C

Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək

22.10.19 15:30 606
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
Oktyabrın 29-dan noyabrın 1-dək Belarus Respublikasında Azərbaycan Gəncləri Günləri keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə BELTA agentliyinə Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzindən bildiriblər.
Belarusa səfər edəcək nümayəndə heyətinin rəhbəri Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayevdir. "İntiqam Babayev Belarusun Təhsil naziri İqor Karpenko ilə birgə hər iki ölkənin gəncləri ilə açıq dialoq aparacaq. Bundan başqa gənclər icra hakimiyyəti və qanunverici hakimiyyət orqanlarının təmsilçiləri ilə işgüzar görüşdə iştirak edəcəklər”, - deyə mərkəzdə bildiriblər. Həmçinin Belarus Təhsil Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında 2020-2021-ci illər üçün birgə tədbirlər planının imzalanması gözlənilir.
Qonaqlar Brest, Nesvij və Minskdəki gənclər mərkəzində olacaq, A.S.Puşkin adına Brest Universitetindən olan həmkarları ilə görüşəcəklər. Azərbaycandan olan gəncləri, həmçinin ustad dərsləri də gözləyir. "Bayram hədiyyəsi olacaq təntənəli konsertdə Azərbaycan və Belarus tələbələrinin yaradıcılığı təqdim ediləcək”, - deyə mərkəzdə vurğulayıblar.
Azərbaycan Gəncləri Günlərinin təşkilatçıları Belarusun Təhsil Nazirliyi, Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi, Respublika Gənclər Mərkəzidir. Tədbir beynəlxalq əməkdaşlığın inkişafı, gənclərlə iş üzrə təcrübə mübadiləsi, Azərbaycan və Belarusun gənclər siyasətinin həyata keçirilməsində tərəfdaşlıq münasibətlərinin strategiyasının formalaşdırılması məqsədi daşıyır.
banner

Oxşar Xəbərlər