Okeanın o tayında say artdı
MLS-də
komandaların sayının artırılması ilə bağlı qərar qəbul edilib.
Kaspi.az xəbər
verir ki, MLS-də komanda sayının 30-a qaldırılması nəzərdə tutulub. Bu barədə məlumatı
liqanın saytı yayıb.
Hazırda MLS-də
24 komanda çıxış edir. Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki,
liqaya daha 4 komanda qoşulacaq. Ancaq sonradan onların sayı 6-ya yüksəlib.
2020-ci ildə
MLS-ə "İnter Mayami” də qoşulacaq. Bu komandanın prezidenti Devid Bekhemdir.
MLS 1993-cü ildə
formalaşıb. Hazırda liqada 21 ABŞ, 3 Kanada komandası çıxış edir.