Obama 1915-ci il hadisələrini “soyqırımı“ adlandırmayacaq

Obama 1915-ci il hadisələrini “soyqırımı“ adlandırmayacaq

Təfsilat
22 Aprel 2016, 09:27 1551
Amerika Erməni Milli Komitəsi: Obama 1915-ci il hadisələrini "soyqırımı" adlandırmayacaq

ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi müraciətində 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırmayacaq.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Erməni Milli Komitəsindən (ANCA) bildirilib. Məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxs verib.

ANCA-nın icraçı direktoru Aram Ambaryan Barak Obamanın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı vədinə xilaf çıxdığını deyib.