• cümə, 29 Mart, 06:06
  • Baku Bakı 5°C

“O hadisə futboldan daha vacib idi”

09.09.19 13:00 637
“O hadisə futboldan daha vacib idi”
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Rusiya ilə Ukrayna arasında əsrlərin dəyişdirilməsi məsələsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Şevçenko bu hadisənin olduqca əhəmiyyətli olduğunu bildirib. O, əsrlərin dəyişdirilməsinin futboldan daha vacib amil olduğunu vurğulayıb:
"Hesab edirəm ki, buna görə narahat olmayan bircə ukraynalı da yox idi. Bizim dənizçiləri geri almaq çox vacib idi.
Nəhayət ki, onlar artıq vətəndə, öz ailələrinin yanındadırlar. Bu məlumatı Litva ilə qarşılaşmadan əvvəl aldım. Çox sevindim. Bu hadisə futboldan daha vacib idi”.
Ukrayna yığması 5 oyundan sonra 13 xal toplayaraq B qrupunda liderdir.
banner

Oxşar Xəbərlər