• çərşənbə axşamı, 23 aprel, 11:33
  • Baku Bakı 20°C

Nyu-Dehlidə qarışıqlıqlar zamanı 50-dən çox insan xəsarət alıb

16.12.19 10:21 390
Nyu-Dehlidə qarışıqlıqlar zamanı 50-dən çox insan xəsarət alıb
Hindistanın Nyu Dehli şəhərində baş verən kütləvi qarışıqlıqlar, o cümlədən tələbələrlə polis əməkdaşlarının toqquşmalarının gedişatında aralarında asayiş keşikçiləri də olmaqla,50-dən çox insan xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polisdəki mənbələrinə istinadən"The Times of India"qəzetinin saytı bildirib.
Qeyd edilir ki, qarışıqlıqlar əsasən "Vətəndaşlıq haqqında" Qanunun yeni versiyasının qəbuluna qarşı etiraza başlamış müsəlman tələbələrin oxuduğu "Camiya Milliya İslamiya" universitetinin ərazisində baş verib.
banner

Oxşar Xəbərlər