• cümə, 19 Aprel, 16:27
  • Baku Bakı 25°C

Növbəti tanker Supsa limanından yola düşüb

03.08.20 12:37 554
Növbəti tanker Supsa limanından yola düşüb
Belarus üçün nəzərdə tutulan Azərbaycan neftini daşıyan növbəti tanker avqustun 2-də Supsa limanından yola düşüb.
Bu barədə Trend-ə "Belneftexim” şirkətindən bildiriblər.
Məlumata əsasən, həmin tankerin Yujnı limanına avqustun 4-5-də çatması gözlənilir. Daha sonra neft Odessa-Brodı neft kəməri ilə Belarusda Mozır neft emalı zavoduna nəql olunacaq.
Qeyd edək ki, mart-aprel aylarında "SOCAR Trading” ümumilikdə 335 min ton həcmində dörd neft partiyasını Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa yola salmışdı. "Belneftexim”in məlumatlarına əsasən, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
banner

Oxşar Xəbərlər