• cümə axşamı, 25 aprel, 16:43
  • Baku Bakı 23°C

Növbəti maliyyə ili üçün Yaponiyanın dövlət büdcəsi 102 trilyon yeni ötəcək

14.12.19 13:15 685
Növbəti maliyyə ili üçün Yaponiyanın dövlət büdcəsi 102 trilyon yeni ötəcək
Növbəti 2020-ci maliyyə ili üçün Yaponiyanın dövlət büdcəsi rekord miqdarda artaraq 102 trilyon yeni və 935 milyard dolları ötəcək.
AZƏRTACxəbər verir ki, Yaponiya hökuməti hazırda gələn il aprelin 1-dən başlayacaq növbəti maliyyə ili üçün dövlət büdcəsinin layihəsi üzərində son tamamlama işləri aparır.
Son illərdə olduğu kimi növbəti maliyyə ilində də Yaponiyanın dövlət büdcəsinin əsas hissəsini, yəni təqribən üçdə birini sosial xərclər təşkil edəcək ki, bunun da əvvəlki illə müqayisədə 3,7 milyard dollar çox olacağı bildirilir. Bu, Yaponiya əhalisinin sürətlə qocaldığını bir daha təsdiq edir.
Bundan əlavə, büdcənin 16 milyard dollarının təbii fəlakət nəticəsində zərərçəkmiş rayonların infrastrukturunun bərpasına və yeni iqtisadi siyasətə yönəldiləcəyi qeyd edilir.
Xatırladaq ki, hökumət gələn ilin aprelindən başlayaraq, aztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz təhsil proqramının icrasına başlamağı da planlaşdırır.
Əlavə olaraq qeyd edilir ki, vergidən gələn gəlirlər büdcənin təqribən 60 faizini təşkil edəcək.
Yeni büdcə layihəsinin Nazirlər Kabinetinin gələn həftə keçiriləcək iclası zamanı təsdiq ediləcəyi gözlənilir
banner

Oxşar Xəbərlər