• cümə, 19 Aprel, 14:00
  • Baku Bakı 25°C

Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb

10.01.20 11:22 452
Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.
Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcəknövbədənkənar seçkilərdəödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.
banner

Oxşar Xəbərlər