• cümə, 26 Aprel, 19:19
  • Baku Bakı 22°C

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

07.12.19 14:25 413
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib.
Trend-in məlumatına görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı” təsdiq edilib.
İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.
banner

Oxşar Xəbərlər