• cümə axşamı, 18 aprel, 09:32
  • Baku Bakı 12°C

Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir

09.03.21 10:32 310
Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir
Azərbaycanda "Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, 5-dən (beş) çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

banner

Oxşar Xəbərlər