• şənbə, 20 Aprel, 14:39
  • Baku Bakı 23°C

Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib

20.08.19 17:45 13472
Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev "Instagram” səhifəsində vətən haqqında mahnı və həmin mahnıya çəkilmiş klip yerləşdirib.
Nazarbayev klipdə Qazaxıstan çöllərini dolaşaraq mahnı oxuyur. Tarlada uşaqlar görünür. Qazaxıstanın birinci prezidenti onları qucaqlayır. Nazarbayev mahnısında bildirir ki, çox ölkələrdə olub, lakin onların heç biri qazax torpağı ilə müqayisəyə gəlmir.
AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, mahnının sözləri Nursultan Nazarbayevə, musiqisi Altınbek Korazbayevə məxsusdur.
banner

Oxşar Xəbərlər