AZE | RUS | ENG |

Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır

Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır
Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib, bütün ictimaiyyət bu barədə bilir: "Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır. Atılan addımlar və bu sahədə əldə edilən nailiyyətlər göz qabağındadır. Bu gələcək dövrlərdə də belə davam edəcək”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892