• cümə, 29 Mart, 01:52
  • Baku Bakı 7°C

Nişanlı qızın namusuna toxunan iki uşaq atası tutuldu

11.06.14 10:05 1172
Nişanlı qızın namusuna toxunan iki uşaq atası tutuldu
APA-nın məlumatına görə, rayonun Mırtı kənd sakini 1995-ci il təvəllüdlü G. C. yaşadığı evin həyətindəki tövlədən özünü kəndirlə asarkən hadisədən xəbər tutan bacısı ona mane olaraq intiharın qarşısını alıb.
Nişanlı qızın intihara cəhd etməsinin təfərrüatı məlum olub. Məlumata görə, 1970-ci il təvəllüdlü Fərhad Şamil oğlu Musayev qonşusu G. C.-nin namusuna toxunub və ona qarşı əxlaqsız hərəkətlər edib. Onlar arasında yaxın qonşuluq əlaqələri və gediş-gəliş olub. Polis əməkdaşları onların arasında telefon danışıqlarının olmasını da müəyyən edib. İki uşaq atası olan Fərhad Musayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, bu ay G. C.-nin toy mərasimi olacaqdı. Lakin məlum hadisə səbəbindən oğlan evi tərəfindən onun nişan üzüyü geri qaytarılıb. Qız qardaşının qaynına nişanlı olub. Məlum hadisə səbəbdən ailələr arasındakı ikibaşlı qohumluq əlaqələri pozulub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər